Moskva aeroportlarında 120-dən çox reys ləğv edilib və ya gecikib

Moskva aeroportlarında 120-dən çox reys ləğv edilib və ya gecikib Ən çox reys Domodedovoda ləğv olunub
Region
4 Fevral , 2018 01:58
Moskva aeroportlarında 120-dən çox reys ləğv edilib və ya gecikib

Bakı. 4 fevral. REPORT.AZ/ Moskva hava limanlarında 120-dən çox reys ləğv edilib və ya gecikib.

“Report” xəbər verir ki, bu barədə "Yandex. Cədvəl" xidmətinin məlumatında qeyd olunur.

Bakı vaxtı ilə 23:00-a olan vəziyyətə görə, Domodedovoda 16 reys gecikib, daha 15-i ləğv olunub.

Şeremetyevo hava limanında 76 reysdə gecikmə qeydə alınıb. Bundan əlavə Vnukovoda 17 reys gecikib, daha 1 reys isə ləğv olunub.

Son xəbərlər

Orphus sistemi