Yuxarı

​Moqerini: "Altılıq" və İran razılaşmaya bu qədər yaxın olmayıb"

Bizim saziş üçün üzərində işləməli olduğumuz problemlər qalıb

Bakı. 29 mart. REPORT.AZ/ "Beynəlxalq birlik və İran hələ indiyədək nüvə proqramı ilə bağlı razılığa bu qədər yaxın olmayıb".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə şənbə günü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini məlumat verib.

"Biz heç vaxt son həftələrdəki kimi sövdələşməyə bu qədər yaxın olmamışıq", – deyə beynəlxalq "altılıq" və İran arasında danışıqlar aparmaq üçün Lozannaya gələn Aİ diplomatı bildirib.

"Bizim İranın nüvə silahı hazırlamaması, lakin eyni zamanda öz dinc proqramını həyata keçirə bilməsinə dair saziş əldə etmək üçün üzərində işləməli olduğumuz problemlər qalıb", – deyə təfərrüatları açıqlamaqdan imtina edən Moqerini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi