Yuxarı
    Bağlamaq

    Moldovanın müdafiə naziri vəzifəsini icra edən şəxs istefa verib

    Prezident İqor Dodon istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək

    Bakı. 31 may. REPORT.AZ/ Moldovanın müdafiə naziri vəzifəsini icra edən Georgi Qalbur istefa verib.

    “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moldovanın Müdafiə Nazirliyi yayıb. 

    İnformasiyaya əsasən, 2016-cı ildə Anatoli Şalaru müdafiə naziri vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini birinci müavini Georgi Qalbur icra etməyə başlayıb. Moldova prezidenti İqor Dodon hələlik G.Qalburun istefasını qəbul etməyib. Dövlət başçısı istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək.

    Qeyd edək ki, bir müddət əvvəl Moldovanın hakim koalisiyasında təmsil olunan Liberal Partiyanın hökumətdəki başqa üzvləri də istefa verdiklərini bildiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi