Yuxarı
    Bağlamaq

    ​Moldovanın baş naziri istefa verib

    Onun namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə Avropa Moldovası uğrunda Alyans irəli sürmüşdü

    Bakı. 12 iyun. REPORT.AZ/ Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.

    "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

    Xatırladaq ki, 38 yaşlı K.Qaburiçin baş nazir postuna namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə "Avropa Moldovası uğrunda Alyans" irəli sürmüşdü.

    O, 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycandakı "Azercell" şirkətinin direktoru işləyib. Kommunist baş nazir Yuri Lyankenin istefa verməsindən sonra Kirill Qaburiç hökumət başçısı olmuşdu.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi