Moldovada prezident seçkiləri baş tutub

Moldovada prezident seçkiləri baş tutub Bir milyondan çox vətəndaş səsvermədə iştirak edib
Region
30 Oktyabr , 2016 19:48
Moldovada prezident seçkiləri baş tutub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Moldovada keçirilən prezident seçkiləri baş tutmuş hesab olunur.

"Report" xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatlar deməyə əsas verir.

Məlumata görə, seçicilərin seçkilərdə iştirakı tələb olunan 33,3 faiz həddini keçib. Hazırkı vaxta qədər 1,1 milyondan çox vətəndaş səs verib.

Bazar günü Moldovada birbaşa prezident seçkiləri keçirilir. Birinci turda qalib gəlmək üçün prezidentliyə namizədlər səslərin 50 faizini toplamalıdırlar. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi