Yuxarı

​Moldovada mitinqlər davam edir, təşkilatçılar bazar günü vacib bəyanat verəcəklərini açıqlayıblar

Vasili Nestase ölkə rəhbərliyi və hakim Avropaya inteqrasiya uğrunda Alyansın liderləri ilə görüşməyə cəhd edəcəklərini bildirib

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Respublikanın bütün şəhərlərindəki dostlarınıza kütləvi etiraz aksiyasını bazar günü təkrarlayacağımızı çatdırın".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Moldovada keçirilən etiraz aksiyalarının təşkilatçısı olan "DA" ( "Ləyaqət və Həqiqət" - "Demnitate si adevar") vətəndaş hərəkatının liderlərindən biri Vasili Nestase bildirib.

O vurğulayıb ki, bazar günü keçiriləcək mitinqdə çox vacib bəyanat verəcəklər. 

V.Nestase bu gün ölkə rəhbərliyi və hakim "Avropaya inteqrasiya uğrunda Alyans"ın liderləri ilə görüşməyə cəhd edəcəklərini bildirib.

Təşkilatçılar gələcəkdə öz partiyalarını təsis edəcəklərini də bəyan ediblər.

Məlumata görə, aksiyanın təşkilatçıları bu gün ABŞ və Avropa İttifaqına üzv dövlətlərin Moldovadakı diplomatik missiyalarının təmsilçiləri ilə görüşüblər.

Xatırladaq ki, Moldovada mitinqlər bazar günü başlayıb. Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumətin və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiyaya qarşı mübarizə də var.

Prezident Administrasiyasının baş katibi İon Peduraru isə bildirib ki, Moldova prezidenti Nikolay Timofti Kişineunun mərkəzinə toplaşan mitinqçilərin tələblərinə görə istefa verməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi