Yuxarı
    Bağlamaq

    Moldova sərhədini qanunsuz keçən Ermənistan və Rusiya vətəndaşları tutulublar

    Onlar qadağan edilən zonada olmalarının səbəbini deməyiblər

    Bakı. 8 avqust. REPORT.AZ/ Ermənistan və Rusiyanın iki vətəndaşı Moldova sərhədini qanunsuz keçərkən tutulublar.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldovanın Sərhəd Xidməti məlumat yayıb.

    “Moldova sərhədçiləri Prut çayını, respublikanın dövlət sərhədini qanunsuz olaraq keçərkən Ermənistan və Rusiya vətəndaşlarını aşkar edərək tutub. Ermənistanın 29 yaşlı, Rusiyanın 49 yaşlı vətəndaşları qadağan edilən zonada olduqlarının səbəbini deməyiblər”, - məlumatda vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi