​Moldova prezidentinin müşaviri istefa verib

​Moldova prezidentinin müşaviri istefa verib Vlad Turcanu: "İctimaiyyətdə antidemokratik və dözülməz olmağım barədə yalan rəy formalaşdırırdılar"
Region
21 Yanvar , 2016 13:35
​Moldova prezidentinin müşaviri istefa verib

Bakı. 21 yanvar. REPORT.AZ/ Moldova prezidenti Nikolae Timoftinin müşaviri Vlad Turcanu istefa verib.

"Report" xəbər verir ki, bu haqda yerli "Jurnal.md" məlumat yayıb.

O, istefasının səbəbini belə açıqlayıb: "İctimaiyyətdə antidemokratik və dözülməz olmağım barədə yalan rəy formalaşdırırdılar. Elə buna görə də istefa verdim".

Qeyd edək ki, Moldovada yeni hökumətə Pavel Filipin başçılıq etməsinə qarşı aksiyalar keçirilib.

Son xəbərlər

Orphus sistemi