​Moldova prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

​Moldova prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir Aksiya iştirakçıları "Timoti, oyan!", "Rədd olsun korrupsiya!", "İstefa!" şüarları yazılan plakatlar qaldırıblar
Region
16 Sentyabr , 2015 11:27
​Moldova prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından başlayaraq Moldova prezidenti Nikolay Timoftinin iqamətgahı qarşısında piketi keçirilir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, aksiyada yüzədək insan iştirak edir. Aksiya iştirakçıları "Timoti, oyan!", "Rədd olsun korrupsiya!", "İstefa!" şüarları yazılan plakatlar qaldırıblar. 

Aksiyanın təşkilatçısı "Ləyaqət və Həqiqət" Vətəndaş Hərəkatının təmsilçisi Andrey Nestase bildirib ki, onlar hakimiyyətin bütün strukturlarının istefasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi