Yuxarı

Moldova prezidenti: "Rusiya hərbçiləri Dnestryanı əraziləri tərk etməlidir"

Dnestryanı ərazilərdə beynəlxalq mandata malik olan çox millətli mülki missiya fəaliyyət göstərməlidir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Rəsmi Kişinyov Rusiya hərbçilərinin Dnestryanı əraziləri tərk etməsini və bu bölgədə mövcud olan sülhməramlı kontinqentin yenidən formalaşmasını istəyir". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Moldova prezidenti Nikolay Timofti çıxış edib.

Onun sözlərinə görə, Dnestryanı ərazilərdə olan Rusya sülhməramlılarını beynəlxalq mandata malik olan çox millətli mülki missiya əvəz etməlidir.

N.Timofti qeyd edib ki, Rusya ATƏT-in İstanbul sammitində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi