Yuxarı
    Bağlamaq

    Moldova prezidenti: “NATO-ya daxil olmaq ideyasını qəbul etmirik”

    İqor Dodon: “Bizim strateji tərəfdaşımız Rusiyadan olan dostlarımızdır”

    Bakı. 10 may. REPORT.AZ/ “Moldova tərəfsizliyini qorumaq niyyətində olduğundan NATO-ya daxil olmaq ideyası bizim üçün qəti şəkildə qəbuledilməzdir”.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Voldinlə görüşdə bildirib.

    Dövlət başçısı hesab edir ki, dörd məsələni heç bir halda danışıqların predmetinə çevirmək olmaz: "Birincisi dövlətçiliyimiz, yaxud Moldovanın qorunması, hər hansı dövlətlə birliyə qoşulmasıdır. İkincisi, bizim tərəfsizliyimizdir. NATO bizim üçün qəti olaraq qəbuledilməzdir. Üçüncü prinsip isə biz pravoslavıq. Başqa sözlə, Moldovaya lazım olmayan Avropa dəyərlərini müxtəlif yollarla sırımağa çalışırlar. Dördüncü isə bizim strateji tərəfdaşımız Rusiyadan olan dostlarımızdır”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi