Yuxarı

Moldova Prezidenti hazırlanan sui-qəsdlə bağlı anonim məktub alıb

Bakı. 22 fevral. REPORT.AZ/ Moldovanın dövlət başçısı İqor Dodona ünvanlanan və mətnində fevralın 24-də keçiriləcək parlament seçkilərindən sonra ona qarşı sui-qəsd olacağı ilə bağlı xəbərdarlığın yer aldığı anonim məktub ölkə mətbuatında dərc edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, Prezident Administrasiyasından məktubun həqiqi olduğunu təsdiqləyiblər, amma bu barədə əlavə şərh verməkdən imtina ediblər.

"Cənab Prezident, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, V.Plaxotnyuk (parlamentə nəzarət edən Moldova Demokratik Partiyasının lideri Vladimir Plaxotnyuk - red.) tərəfindən sizə qarşı seçkilərdən dərhal sonra sui-qəsd hazırlanır. Onun əsas məqsədi növbəti parlamentdə sosialistlər fraksiyasını başsız qoymaqdır", - "Arqumentı i faktı v Moldove" qəzeti məktubun mətnini çap edib.

Məktubda qeyd edilir ki, icarçı kriminal dünyadan olan bir şəxs olmalıdır. Müəllif hesab edir ki, bu məktubun dərc edilməsi cinayəti planlaşdıran insanları dayandırmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi