Yuxarı

Moldova parlamentinin sədri Rusiya verilişlərinin yayımını qadağan edən qanun imzalayıb

Moldova parlamentinin sədri Rusiya verilişlərinin yayımını qadağan edən qanun imzalayıb
© Sputnik

Bakı. 10 yanvar. REPORT.AZ/ Moldova parlamentinin sədri Andrian Kandu ölkə Prezidenti İqor Dodonun əvəzinə Televiziya və Radio Məcəlləsinə dəyişikliklər edilməsi barədə respublikada Rusiyanın xəbər və informasiya-analitik verilişlərinin yayımını qadağan edən qanunu təsdiqləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, 2017-ci il dekabrın sonlarında Moldova parlamenti ölkə prezidentinin qəbul etmədiyi "xarici təbliğat" ilə mübarizə üzrə qanunu yenidən qəbul edib.

Sənəd Transsərhəd Televiziya üzrə Avropa Konvensiyasını ratifikasiya etməmiş ölkələrdə istehsal olunmuş xəbər, informasiya-analitik, hərbi və ya siyasi məzmunlu televiziya və radio proqramlarının yayımını qadağan edir.

Moldova prezidenti iki dəfə bu qanunu qəbul etməkdən boyun qaçırıb və onun müddəalarının qanuna uyğun olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Məhkəmə bu qanunu parlament sədrinin və ya baş nazirin təsdiqləməsinə icazə verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi