​Moldova parlamentinin sədri: "İstefa verməyə hazıram"

​Moldova parlamentinin sədri: "İstefa verməyə hazıram" Andrian Kandu sosialistləri ötənilki seçkinin nəticəsindən dərs almağa çağırıb
Region
28 Sentyabr , 2015 15:25
​Moldova parlamentinin sədri: İstefa verməyə hazıram

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Ölkədəki siyasi böhranın həllinə yardım edərsə, istefa verməyə hazıram".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldova parlamentinin sədri Andrian Kandu bildirib.

"Əhalinin Sosialistlər Partiyasına etibarı ötən ilin qışında keçirilən yerli seçkilərin nəticələrində öz əksini tapıb. Əgər mənim istefa verməyim ölkəmizin inkişafına maneənin aradan qalxmasına yardım edəcəksə, onda mən təcili olaraq bu addımı atmağa hazıram",- o, paytaxt Kişineuda keçirdiyi mətbuat konfransında bəyan edib.

Qeyd edək ki, həmin seçkidə sosialistlər məğlub olmuşdu.

O, Sosialistlər Partiyasının sədri İqor Dodonunu ötənilki seçkilərdən siyasi dərs almağa çağırıb.

Parlamentin sədri müxalifəti tənqid edərək bildirib ki, növbədənkənar seçkilər heç də həmişə siyasi problemi həll etmir.

Ötən gün Sosialistlər Partiyasının başçılığı ilə keçirilən etiraz aksiyasında Moldova hakimiyyətinin, eləcə də parlament sədrinin istefa verməsi tələbi irəli sürülüb.

Xatırladaq ki, A.Kandu Moldova Demokratlar Partiyasının deputatıdır. 

Son xəbərlər

Orphus sistemi