Yuxarı
    Bağlamaq

    Moldova parlamentinin binası qarşısında piket keçirilib

    Ölkədə növbəti parlament seçkilərinin 2018-ci ildə keçirilməsi planlaşdırılıb

    Bakı. 31 mart. REPORT.AZ/ Moldova parlamentinin binası qarşısında müxalifətdə olan “Bizim Partiya”nın fəalları deputatların seçilməsi sisteminin dəyişdirilməsinə qarşı piket keçiriblər.

    “Report” TASS-a istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları hakim Moldova Demokratik Partiyasının istefasını tələb ediblər.

    Məlumata görə, parlamentdə majoritar seçki sisteminə keçidlə bağlı ictimai müzakirə keçirilir. Bu ilin martında Moldova parlamentində mojaritar sistemə keçidlə bağlı qanun layihəsi qeydə alınıb. 

    Qeyd edək ki, 1994-cü ildən Moldovada parlament seçkiləri proporsional sistem üzrə partiya siyahısı ilə keçirilir. Ölkədə növbəti parlament seçkilərinin 2018-ci ildə keçirilməsi planlaşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi