Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib

Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib Moldova MDB-nin yaradılması haqqında sənədi 1994-cü ilin aprelində ratifikasiya edib
Region
17 Yanvar , 2018 19:00
Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Moldova Liberal Demokrat Partiyasının parlamentdəki deputatları ölkənin MDB üzvlüyündən çıxması barədə təşəbbüslə çıxş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı sənəd parlamentin gündəliyinə daxil edilib və qurumun rəsmi saytında yayılıb.

Hətta təşəbbüsçülər imzatoplama kampaniyasına da başlayıblar.

Xatırladaq ki, Avropayönümlü bu partiya 8 il təmsil olunduğu hakim koalisiyadan 2017-ci ildə çıxıb. Moldova MDB-nin yaradılması haqqında sənədi 1994-cü ilin aprelində ratifikasiya edib. 

Son xəbərlər

Orphus sistemi