​Moldova hökuməti tam tərkibdə istefa verib

​Moldova hökuməti tam tərkibdə istefa verib Kabinetin qərarı: "Baş nazirin istefası ilə əlaqədar hökumətin tam tərkibdə istefası məsələsinə baxmağınızı istəyirk"
Region
16 İyun , 2015 19:52
​Moldova hökuməti tam tərkibdə istefa verib

Bakı. 16 iyun. REPORT.AZ/ Moldova hökuməti tam tərkibdə istefa ilə bağlı ölkə parlamentinə müraciət edib. "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayılıb.

Xəbərə görə, bununla bağlı qərar Nazirlər Kabinetinin bugünki iclasında qəbul edilib.

"Baş nazirin istefası ilə əlaqədar hökumətin tam tərkibdə istefası məsələsinə baxmağınızı istəyirk", - sənəddə vurğulanıb.

İstefa vermiş baş nazir Kirill Qaburiç ona təziyq edildiyini söyləyib: "Təhsilimlə bağlı məni Baş Prokuroluğa çağırıblar".

Xatırladaq ki, iyunun 12-də Moldovanın baş naziri Kirill Qaburiç istefa verib.

Qeyd edək ki, 38 yaşlı K.Qaburiçin baş nazir postuna namizədliyini Moldova Liberal Demokrat Partiyasının təklifi ilə "Avropa Moldovası uğrunda Alyans" irəli sürmüşdür. O, 2012-ci ildən 2014-cü ilin sonunadək Azərbaycanda "Azercell" şirkətinin direktoru işləyib. Kommunist baş nazir Yuri Lyankenin istefa verməsindən sonra K.Qaburiç hökumət başçısı olmuşdur.  

Son xəbərlər

Orphus sistemi