Moldovanın müvəqqəti baş nazirinin adı açıqlanıb

Moldovanın müvəqqəti baş nazirinin adı açıqlanıb Ölkə prezidenti Nikolay Timofti baş nazir Valeri Streletsin istefasını qəbul edib
Region
30 Oktyabr , 2015 17:46
Moldovanın müvəqqəti baş nazirinin adı açıqlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Vəzifəsindən istefa verən Moldova baş nazirinin səlahiyyətlərini baş nazirin müavini Georgi Breq icra edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Moldova prezidenti Nikolay Timofti fərman imzalayıb.

Məlumata görə, ölkə prezidentinin başqa fərmanı ilə Valeri Streletsin istefası qəbul edilib.

Qeyd edək ki, ötən gün Moldova parlamenti hakimiyyətdə olan Avropayönümlü koalisiyanın formalaşdırdığı Valeri Streletsin hökumətini istefaya göndərib. İstefa müxalifətdə olan Sosialist və Kommunist partiyalarının təşəbbüsü ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi