"Modern Diplomacy" "Metsamor" AES haqqında tənqidi məqalə dərc edib

"Modern Diplomacy" "Metsamor" AES haqqında tənqidi məqalə dərc edib "Bizə daha bir nüvə cəhənnəmi lazım deyil"
Region
18 May , 2016 14:23
Modern Diplomacy Metsamor AES haqqında tənqidi məqalə dərc edib

Bakı. 18 may. REPORT.AZ/ "Modern Diplomacy" adlı Avropa internet-nəşri "Metsamor" Atom Elektrik Stansiyası haqqında məqalə dərc edib. "Report" xəbər verir ki, məqalə "İntiharedici nüvə qambiti" sərlövhəsi altında işıq üzü görüb.

Məqalədə bu gün nüvə təhlükəsizliyinin dünya ictimaiyyətinin gündəliyində xüsusi yerə sahib olduğu və Cənubi Qafqaz kimi "turbulent regionda" bu məsələnin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məqalədə AES-in yaratdığı təhlükə ilə yanaşı, həm də ermənilər tərəfindən təhlükəli radioaktiv materialların qaçaqmalçılığının həyata keçirildiyi öz əksini tapıb. Eyni zamanda Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın ölkənin nüvə imkanlarını genişləndirəcəyi ilə bağlı bəyənatı fakt olaraq göstərilib. Müəllif bu faktlardan sonra beynəlxalq ictimaiyyəti bu açıqlamaya ciddi yanaşmağa çağırıb.

"Qafqaz həll olunmamış və təhlükəli münaqişələrlə zəngindir. Bundan başqa, təhlükəli vəziyyətin davam etdiyi Suriya və İraq elə də uzaqda deyil. Bizə daha bir nüvə cəhənnəmi lazım deyil", - deyə məqalənin müəllifi yazıb.

Son xəbərlər

Orphus sistemi