Yuxarı

Mixeil Saakaşvilinin partiyasına yeni sədr seçilib

​Mixeil Saakaşvilinin partiyasına yeni sədr seçilib

Bu gün Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) qurultayı keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, qurultayda VMHP-yə yeni sədr seçkiləri keçirilib.

Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın sədri seçilib. O, partiya sədrliyinə yeganə namizəd olub.

Qurultayda səsvermə elektron qaydada keçirilib. İştirakçılar xüsusi mobil applikasiya vasitəsilə səs veriblər.

Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib, digər 1 nəfər isə səsvermədə iştirakdan imtina edib.

M.Saakaşvili partiyanın qurultayına canlı video bağlantı ilə qatılıb. O, VMHP-nin böyük ideyalar təşkilatı olduğunu bildirib: "Biz ilk öncə xalqın partiyasıyıq. Bütün insanlar partiya və ölkənin rəhbərliyində iştirak etməlidirlər".

Qeyd edək ki, bu günə qədər VMHP-nin sədri vəzifəsini Nika Melia icra edib.

Q.Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi