Mixeil Saakaşvili ABŞ-dadır

Mixeil Saakaşvili ABŞ-dadır Bu gün onun tərəfdarları Kiyevdə Müstəqillik meydanında liderlərini müdafiə aksiyası keçirəcəklər
Region
27 İyul , 2017 13:17
Mixeil Saakaşvili ABŞ-dadır
Wikipedia

Bakı. 27 iyul. REPORT.AZ/ “Mixeil Saakaşvili artıq bir neçə gündür ABŞ-dadır”.

“Report” xəbər verir ki, bunu Mixeil Saakaşvilinin başçılıq etdiyi “Yeni qüvvələr hərəkatı” (“Rux novıx sil”) Partiyasının nümayəndəsi TASS-a bildirib.

Onun sözlərinə görə, partiya liderinin Ukraynaya qayıtmasının tarixi də məlum deyil.

İyulun 27-də onun tərəfdarları Kiyevdə Müstəqillik meydanında Saakaşvilini müdafiə aksiyası keçirəcəklər.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 26-da Mixeil Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi haqqında Dövlət Miqrasiya Xidmətinin vəsatətini dəstəkləyib. Dövlət Miqrasiya Xidməti həmin vəsatətdə bildirib ki, Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşı olmaq üçün təqdim etdiyi ərizədə yanlış informasiya verib. 

Son xəbərlər

Orphus sistemi