Yuxarı

Mixeil Canelidze: "Azərbaycanla qonşuluğumuz və əməkdaşlığımız nümunədir"

Mixeil Canelidze: "Azərbaycanla qonşuluğumuz və əməkdaşlığımız nümunədir"
Gürcüstanın baş nazirinin müavini: Azərbaycanla ikitərəfli münasibətlərdə böyük nailiyyətlər əldə etmişik

Tbilisi. 27 dekabr. REPORT.AZ/ "Azərbaycan ilə ikitərəfli münasibətlərdə çox böyük nailiyyətlər əldə etmişik. Biz nümunəvi qonşuluq və əməkdaşlıq edirik".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş nazirinin müavini Mixeil Canelidze Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbirdə söyləyib.

Nazir bildirib ki, bizim əməkdaşlığımız təkcə bizim ölkələrimiz üçün deyil, bütövlükdə region üçün vacib və konkret əhəmiyyəti olan nəticələr verib.

"Biz ən vacib strateji vacib layihələri hazırladıq. Bu layihələr Avropa və Asiyanı birləşdirən, regiona tərəqqi gətirən layihələrdir, - deyə nazir müavini vurğulayıb.

Mixeil Canelidze deyib: "Gürcüstan və Azərbaycan regionun, eləcə də Avropa və Asiyanın populyarlığı üçün birgə səylər göstərirlər. Biz dostluğumuzun digər tərəfdaşlarımız üçün daha cəlbedici olması üçün daha böyük işlər görəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi