​Mixail Saakaşvili: "Ukrayna siyasətində karyera qurmağa hazırlaşmıram"

​Mixail Saakaşvili: "Ukrayna siyasətində karyera qurmağa hazırlaşmıram" "Mən idxal edilən məhsul deyiləm"
Region
10 İyun , 2015 12:30
​Mixail Saakaşvili: Ukrayna siyasətində karyera qurmağa hazırlaşmıram

Bakı. 10 iyun. REPORT.AZ/ "Mənim siyasi ambisiyam yoxdur. Mənim nə şəhər valisi seçilmək, nə də gələcəkdə Ukrayna siyasətində fəaliyyətimi davam etdirmək kimi iddiam var".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili keçirdiyi mətbuat konfransında bildirib.

Vilayət başçısı Ukrayna siyasətində karyera qurmağa hazırlaşmadığını bəyan edib.

O, vilayət başçısı olmağa razılıq verməyini isə belə əsaslandırıb: "Birincisi, mən idxal edilən məhsul deyiləm. Həyatımın 8 ilini Ukraynada keçirmişəm. 16 yaşımda Ukraynada yaşamışam. Burada Sərhəd Qoşunlarında hərbi xidmətdə olmuşam. Ukrayna dilində danışıram və burada çoxlu ukraynalı dostlarım var. Bundan başqa, mən Ukrayna prezidentinin müşaviri və islahatlar üzrə beynəlxalq şuranın başçısı olmuşam. Mənə baş nazirin müavini vəzifəsi də təklif edilib. Ancaq düşündüm ki, daha çox fayda verə biləcəyim yerdə olum".

O, vilayətdəki gələcək fəaliyyətindən danışarkən auditor yoxlamaları keçirəcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi