Mixail Saakaşvilinin Ukraynada aldığı maaşın məbləği açıqlanıb

Mixail Saakaşvilinin Ukraynada aldığı maaşın məbləği açıqlanıb Bu maaş Ukrayna Nazirlər Kabinetinin 2015-ci il fevralın 14-ü tarixli qərarına uyğun olaraq müəyyənləşib
Region
12 İyun , 2015 14:54
Mixail Saakaşvilinin Ukraynada aldığı maaşın məbləği açıqlanıb

Bakı. 12 iyun. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin yeni başçısı Mixail Saakaşvili ştat cədvəlinə uyğun olaraq, ayda 5644 qrivna, yaxud 267 dollar maaş alacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ukraynalı politoloq Qleb Kanayevskinin məsələ ilə bağlı sorğusuna cavab olaraq vilayətin aidiyyəti qurumundan bildirilib.

Bu maaş Ukrayna Nazirlər Kabinetinin 2015-ci il fevralın 14-ü tarixli qərarına uyğun olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu il mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Odesa vilayətinin başçısı təyin edilib. 

Son xəbərlər

Orphus sistemi