Yuxarı

​Mixail Saakaşvili: "Gürcüstandakı kadrları görəndə ürəyim partlayır"

Keçmiş prezident: Ukraynanın daxili işlər naziri dedi ki, Gürcüstana yardım etməyə hazırıq

Bakı. 14 iyun. REPORT.AZ/ "Tbilisidəki kadrları görəndə ürəyim partlayır. Təbii fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixail Saakaşvili deyib.

O bildirib ki, Ukraynanın daxili işlər naziri Arsen Avakovla telefon əlaqəsi saxlayıb, Gürcüstana yardım etməyin mümkün olub-olmadığını soruşub: "O mənə dedi ki, Ukraynanın fövqəladə xidməti Gürcüstana yardım etməyə hazırdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi