Yuxarı
    Bağlamaq

    ​Mixail Qorbaçovun avtomobili qəza törədib

    Qəza nəticəsində xəsarət alan olmayıb

    Bakı. 3 aprel. REPORT.AZ/ Moskvanın şimalında salonunda SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun olduğu avtomobil qəzaya düşüb.

    "Report" "Life News"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

    "Bizə ümumiyyətlə heç nə olmayıb, mənim sürücüm xəsarət almayıb. Mənimlə zabit gəlirdi, o hadisəni aydınlaşdırmaq üçün orada qaldı, mən yoluma davam etdim. Qəzada kimin günahkar olduğunu isə bilmirəm, məsələni Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi aydınlaşdırmalıdır. Biz də, bütün maşınlar kimi ümumi zolaq ilə hərkət edirdik", - deyə Qorbaçov bildirib.

    Polis xəbər verir ki, ilkin məlumata görə, Qorbaçovun içərisində olduğu "Mercedes" xüsusi siqnal qoşulmuş avtomobil ilə qarşı zolaqda hərəkət edirmiş və bu zaman qarşıdan öz yolu ilə gələn "Renault"la toqquşub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi