​Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edilib

​Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edilib Mixail Qorbaçov: "Onun yerinə olsaydım, mən də belə edərdim"
Region
26 May , 2016 17:10
​Mixail Qorbaçovun Ukraynaya girişi qadağan edilib

Bakı. 26 may. REPORT.AZ/ Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun 5 il Ukraynaya girməsi qadağan edilib.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi təmsilçisi Yelena Qitlyanskaya bildirib.

Onun sözlərinə görə, qadağanı Ukraynanın Təhlükəsizlik Xidməti qoyub: "Krımın hərbi yolla ilhaqını aşkar şəkildə dəstəklədiyi üçün dövlət təhlükəsizliyinin və maraqlarının təmin olunması naminə 5 il müddətinə ona ölkəmizə giriş bağlanıb".

Qadağaya münasibət bildirən Mixail Qorbaçov deyib: "Onun yerinə olsaydım, mən də belə edərdim".

Son xəbərlər

Orphus sistemi