Yuxarı

Minskdə MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının yığıncağı keçiriləcək

Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək

Bakı. 31 avqust. REPORT.AZ/ Minskdə MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının yığıncağı keçiriləcək.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, tədbir sentyabrın 2-də baş tutacaq.

Yığıncaqda MDB-yə üzv ölkələrin hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığı, o cümlədən kibercinayətkarlığa qarşı mübarizə, avtonəqliyyat vasitələrinin oğurluğu kimi məsələlər də müzakirə ediləcək.

Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi