Bakı. 4 sentyabr. REPORT.AZ/ Minskdə informasiya sahəsində əməkdaşlıq məsələləri ilə bağlı MDB ölkələri Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib.
"Report" Belarus Xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə MDB ölkələri XİN və MDB İcraiyyə Komitəsinin nümayəndələri post-sovet məkanında inteqrasiya layihələrinin həyata keçirilməsi çərçivəsində informasiya sahəsində əməkdaşlıq perspektivlərini ətraflı müzakirə ediblər.
Tərəflər xarici siyasətin informasiya dəstəyi ilə bağlı təcrübə mübadiləsi aparıblar.