Yuxarı

​Minnixanov: "Rusiya İƏT-lə daha fəal əməkdaşlıq etməlidir"

İyunun 15-16-da Kazanda Rusiya və İƏT-ə daxil olan ölkələrin VII Beynəlxalq iqtisadi sammit keçirilir

Kazan. 15 İyun. REPORT.AZ/ "Rusiya İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlığından daha fəal istifadə etməlidir".

"Report" xəbər verir ki, bunu Tatarıstan Prezidenti səlahiyyətlərini icra edən Rüstəm Minnixanov Rusiya və İƏT ölkələri - Kazan Summit-2015 VII Beynəlxalq iqtisadi zirvə toplantısı iştirakçıların şərəfinə verilən işgüzar nahar zamanı bildirib.

Minnixanov İƏT ölkələri və İslam İnkişaf Bankı (İİB) tərəfindən göstərilən dəstəyi hiss etdiyini vurğulayaraq, Rusiya və təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacib əhəmiyyətini qeyd edib.

Öz növbəsində, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Madani qeyd edib ki, İslam İnkişaf Bankı uzun illərdir ki, Rusiya ilə xüsusilə də Tatarıstanla əməkdaşlıq edir. O, Tatarıstanın İslam bankçılığının bütün xüsusiyyətlərinin istifadə edilməsi mümkün olan tolerant bir respublika kimi tanındığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi