Yuxarı

Serj Sarqsyanın kürəkəni: "Paşinyan Ermənistanı sarı qəzetə çevirib"

Minasyan: "Biz indi “Haykakan jamanak” ölkəsində yaşayırıq”

“Baş nazir Nikol Paşinyan Ermənistanı sarı qəzetə çevirib”.

“Report” xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, Yerevanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan “Qraparak” qəzetində dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanı “Haykakan jamanak” qəzetinin baş redaktoru kimi idarə edir: “Söhbət heç də klassik sarı qəzetdən getmir. Onun idarəetmə prinsipləri və davranışında heç nə dəyişməyib. Sadəcə, o, redaksiyanın mikromühitini böyük miqyasla əvəzləyib. Biz indi “Haykakan jamanak” ölkəsində yaşayırıq”, - M.Minasyan yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi