Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirilib

Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirilib Ona ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyulub
Region
6 May , 2018 17:52
Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirilib

Bakı. 6 may. REPORT.AZ/ Fransa məhkəməsinin izni ilə Moskvaya gələn rusiyalı senator Süleyman Kərimov ürəyində problem səbəbindən xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bunu milyarderin köməkçisi Aleksey Krasovski deyib.

"Şənbə günü axşam ürək nahiyəsində nasazlıq hiss etdi, həkim çağırdı. Təcili yardımla Vişnevski hospitalına aparıldı, ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyuldu", - deyə Aleksey Krasovski bildirib.

Xəstəxana kardiocərrahının sözlərinə görə, reanimasiyada senatorun sinus ritmi bərpa olunub və o, həkim nəzarəti altında evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi