Milli Bank: Rusiyadan turist axınının azalması Gürcüstana 200-300 mln. dollar zərər vuracaq

Milli Bank: Rusiyadan turist axınının azalması Gürcüstana 200-300 mln. dollar zərər vuracaq Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə ilin qalan hissəsində, təxminən, 200-300 mln. dollar zərər vuracaq.
Region
27 İyun , 2019 13:27
Milli Bank: Rusiyadan turist axınının azalması Gürcüstana 200-300 mln. dollar zərər vuracaq

Rusiyadan Gürcüstana turist axınının azalması ölkəyə ilin qalan hissəsində, təxminən, 200-300 mln. dollar zərər vuracaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bu, ilkin hesablamalar əsasında əldə olunan rəqəmlərdir.  

Sənədə əsasən, bu xarici şok ödəmə balansı və buna müvafiq olaraq larinin məzənnəsinə də təsir göstərəcək.

Bankdan bildirilib ki, Rusiya şokuna baxmayaraq, Gürcüstanın ödəmə balansı ilin yekunlarına əsasən ötən illərlə müqayisədə yaxşılaşacaq.

Milli bank ölkə vətəndaşlarını bir daha gəlir əldə etdikləri valyuta ilə kredit götürməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi