​MHP sədrinin keçmiş müavini hakim partiyadan deputatlığa namizəd olub

​MHP sədrinin keçmiş müavini hakim partiyadan deputatlığa namizəd olub Bu barədə məlumatı Türkiyə KİV-i yayıb
Region
18 Sentyabr , 2015 17:02
​MHP sədrinin keçmiş müavini hakim partiyadan deputatlığa namizəd olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin keçmiş müavini Toğrul Türkeş hakim Ədalət və İnkişaf Partiyasından millət vəkilliyinə namizəd olub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb. 

Xatırladaq ki, MHP-nin Nəzarət-Təftiş Komissiyası sentyabrın 5-də T.Türkeşin partiya üzvlüyündən xaric edilməsi haqda qərar qəbul etmişdi. Buna səbəb T.Türkeşin MHP-nin qərarına zidd olaraq Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlunun formalaşdırdığı müvəqqəti hökumətdə baş nazirin müavini vəzifəsini tutması olub. O, MHP rəhbərliyində təmsil olunurdu və partiya sədrinin müavini idi. T.Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğludur. Qeyd edək ki, onun MHP-dən istefa verməsi xəbəri bu gün yayılıb. Toğrul Türkeş MHP-nin Anakaradan olan deputatıdır. O, bu gün MHP-nin Türkiyə Böyük Millət Məclisindəki deputat qrupundan da çıxdığını bildirmişdi. Xatırladaq ki, T.Türkeş dünən hakim Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi