​MHP sədri: "Türkiyə üçün fədakarlıq göstərəcəyik"

​MHP sədri: "Türkiyə üçün fədakarlıq göstərəcəyik" Dövlət Bağçalı koalisiya hökumətinin qurulması ilə bağlı şərtlərini bir daha xatırladıb
Region
9 İyul , 2015 16:36
​MHP sədri: Türkiyə üçün fədakarlıq göstərəcəyik

Bakı. 9 iyul. REPORT.AZ/ "MHP Türkiyədə sabitlik və əmin-amanlıq üçün fədakarlıq göstərəcək".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu koalisya hökumətinin qurulması ilə bağlı çıxışında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.

MHP lideri bildirib ki, koalisiya hökumətinin qurulması ilə bağlı irəli sürdükləri 4 maddəlik şərtə hörmət edilməsini gözləyirlər: "Bununla yanaşı, ona əməl olunmasını gördüyümüz halda Türkiyənin siyasi sabitlikdə yaşaması üçün gözlənilən fədakarlığı çəkinmədən göstərəcəyik".

Qeyd edək ki, MHP-nin 4 şərti belədir: terrorçu PKK-nın ləğv edilməsi və silahlıların təhlükəsizlik qurumlarına təhvil verilməsi, AKP (Ədalət və İnkişaf partiyası) keçmişi ilə üzləşməkdən qoxrmamalı, etnik və məzhəb əsasında qütbləşməyə son verilməli, korrupsiya ilə bağlı cinayətlərin üstü açılmalıdır.

Son xəbərlər

Orphus sistemi