Yuxarı

​MHP sədri partiyanın qurultayının tarixini açıqlayıb

Alparslan Türkeşin şəxsi həkimi Selam Kaptanoğlu namizəd olacağını açıqlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ "Yetərli imza tapa biləcəklərsə, buyurub, toplasınlar. MHP-nin növbəti qurultayının tarixi bəllidir. 2018-ci il martın 18-i gözəl bir tarixdir. Çanaqqala zəfərinin növbəti ildönümüdür".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın qurultayının keçirilməsi ilə bağlı açıqlamasında bildirib.

MHP sədri deyib ki, bu məsələ ilə bağlı tələblərə ciddi yanaşmır.

Qeyd edək ki, MHP sədrliyinə iddiaçılar arasında Maral Akşener və Sinan Oğanın adları hallandığı halda, partiyanın qurucusu Alparslan Türkeşin şəxsi həkimi Selam Kaptanoğlu öz namizədliyini irəli sürəcəyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi