MHP Maral Akşənərin yerinə keçmiş nazirin namizədliyini irəli sürüb

MHP Maral Akşənərin yerinə keçmiş nazirin namizədliyini irəli sürüb Koray Aydın 216 il azadlıqdan məhrum edilsə də sonradan bəraət alaraq azadlığa çıxıb
Region
4 İyul , 2015 16:25
MHP Maral Akşənərin yerinə keçmiş nazirin namizədliyini irəli sürüb

Bakı. 4 iyul. REPORT.AZ/ Milliyyətçi Hərəkat Partiyası (MHP) iki çağırışda Türkiyə Böyük Millət Məclisinin sədr müavini olmuş deputat Maral Akşənərin yerinə keçmiş şəhərsalma naziri Koray Aydının namizədliyini irəli sürüb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Koray Aydın 1955-ci ildə Trabzonda anadan olub. Mühəndis-mexanik ixtisası üzrə ali təhsilli mühəndisdir. 2005-ci ildə Mərmərə zəlzələsindən sonra hadisə baş verən ərazinin bərpası ilə bağlı tenderdə saxtakarlıq etməkdə ittiham edilərək, 216 il azadlıqdan məhrum edilmişdi. Ancaq 2007-ci ildə bəraət alaraq, sərbəst buraxılıb. 

Ailəlidir. 3 övladı var.

Maral Akşənər 1956-cı ildə İzmirdə anadan olub. İstanbul Unversitetinin Ədəbiyyat Fakültəsinin Tarix ixtisasını bitrib. 1995-ci ildə Doğru Yol Partiyasının (DYP) qadın təşkilatının sədri olub. Rifah Partiyası ilə DYP-nin qurduğu koalisiya hökumətində daxili işlər naziri vəzifəsində çalışıb. Sonra DYP-dən MHP-yə keçib.

Bir oğlu var.

Son xəbərlər

Orphus sistemi