​MHP lideri: "Qurultayın keçirilməsi ilə bağlı iyulun 10-dan başqa tarix tanımırıq"

​MHP lideri: "Qurultayın keçirilməsi ilə bağlı iyulun 10-dan başqa tarix tanımırıq" Dövlət Baxçalı: "Ədalətli olmasa da məhkəmənin qərarına tabe olacağıq"
Region
31 May , 2016 14:06
​MHP lideri: Qurultayın keçirilməsi ilə bağlı iyulun 10-dan başqa tarix tanımırıq

Bakı. 31 may. REPORT.AZ/ "Ədalətli olmasa da məhkəmənin qərarına tabe olacağıq. Qurultayın keçirilməsi ilə bağlı iyulun 10-dan başqa tarix tanımırıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyanın parlamentdəki fraksiya toplantısında fövqəladə qurultayın keçirilməsindən danışarkən deyib.

Qeyd edək ki, ötən gün MHP rəhbərliyinə müxalif olanlar fövqəladə qurultayını iyulun 19-da Ankarada Böyük Hoteldə keçiriləcəyi haqda məlumat yaymışdı.

Xatırladaq ki, bir müddət əvvəl MHP rəhbərliyi föqəladə qurultayının keçirilməsinə dair qərar qəbul edib. Bu qərardan sonra Dövlət Baxçalı qurultayın keçirilməsi tarixi ilə bağlı bunları söyləmişdi: "MHP təşkilati məsələyə baxılacaq fövqəladə qurultayını iyulun 10-da keçirəcək. Kim, ya da kimlər partiya sədrliyinə namizəd olacaqsa, mənimlə yarışacaq". O, partiya nizamnaməsinə dəyişikliyə mərhələ-mərhələ baxılacağını da vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi