Yuxarı

​MHP lideri: "Əsas şərtlərimiz qəbul edillərsə, koalisya haqda düşünə bilərik"

Həftənin sonunda partiya koalisiya hökuməti ilə bağlı yekun məsləhətləşmələr keçirəcək

Bakı. 11 iyun. REPORT.AZ/ "Əsas şərtlərimiz qəbul edillərsə, koalisya haqda düşünə bilərik".

"Report" türk KİV-ə istinadən xəbıər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədri Dövlət Bahçeli b+ildirib.

Xəbərə görə, o, partiyasının İdarə heyətinin 3 saat sürən toplantısından sonra koalisiya ilə bağlı şətrlərini açıqlayıb: "Prezident Rəcəb Tayyib Ərdoğan mövcud konstitusiyadakı səlahiyyətləri daxilində fəaliyyət göstərəməli, Əsas Qanundakı tərəfsizliyini saxlanmalıdır.

"Çözüm sürəci" adlı məsələ gündəlikdən çıxarılmalı, 2013-cü il dekabrın 17 və 25-də keçirilən antikorrupsiya əməliyyatından sonra adları rüşvət hadisələrində çəkilənlərlə bağlı cinayət işi açılmalı, hakimiyyətdə olan Ədalət və Hakim Partiyasından olan keçmiş 4 nazirin işi Ali Məhkəməyə verilməlidir".

Qeyd edək ki, bu həftənin sonunda MHP-nin Məclisi, vilayət sədrləri, bələdiyyə sədrləri və sonuncu seçkidə deputat seçilən 80 millət vəkilləri toplanaraq, koalisiya hökuməti ilə bağlı yekun məsləhətləşmələr keçirəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi