Yuxarı
    Bağlamaq

    Gürcü ekspert: “Metsamor AES bütün region üçün böyük təhlükə mənbəyidir”

    Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib© Report.az

    Tbilisi. 19 iyun. REPORT.AZ/ Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və digər beynəlxalq təşkilatların yüzdən çox nümayəndəsi iştirak edib. Konfransda əsasən zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər də diqqət mərkəzində olub. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini də bölüşüblər.

    Ekologiya və Nüvə Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Vasili Gadenaşivili “Report”un yerli bürosuna deyib ki, konfransda Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində mövcud olan problemlər və bir sıra digər məsələlər diqqət mərkəzində olub: “Qeyd edə bilərəm ki, regionumuz üçün hazırda bir təhlükə mənbəyi mövcuddur. Bu da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır. Bu stansiya müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda fəaliyyət göstərir. Metsamor AES-in fəaliyyəti tək Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir”.

    Onun sözlərinə görə, nüvə enerjisi və atom silahları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni nəzarətə götürməli və lazımı qərarlar verməlidirlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi