Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyə Prokurorluğu Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 16 tanınmış iş adamı barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" Haberturk-ə istinadən xəbər verir ki, onların arasında məşhur "Güllüoğlu Baklavaları" şirkətinin sahibi Faruk Güllü də var.
Məlumata görə, FETÖ ilə əlaqdə şübhəli bilinən 65 nəfər məhkəməyə aparılıb. Onlardan 16-sı barəsində qətimkan tədbiri seçilib, 27 nəfər məhkəmə nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb, 27 nəfərin məhkəmə istintaqı davam edir.