Yuxarı
    Bağlamaq

    Mərkəzi Bankın keçmiş rəhbəri: "Ermənistan hakimiyyətinin əsas məqsədi istənilən yolla rəhbərlikdə qalmaqdır"

    Baqrat Asatryan: Son 8 ildə Ermənistanda dövlət aparatının xərcləri 260%, təhsil xərcləri isə cəmi 30% artıb

    Bakı. 30 yanvar. REPORT.AZ/ "Ermənistanın hakimiyyəti ildən ilə dövlət aparatına daha çox vəsait xərcləyir".

    "Report" "News.am" portalına istinadən xəbər verir ki, bunu iqtisadçı, Mərkəzi Bankın (MB) keçmiş sədri Baqrat Asatryan jurnalistlərlə görüşdə deyib.

    MB-nin keçmiş rəhbərinin sözlərinə görə, son 8 il ərzində Ermənistanda dövlət aparatının xərcləri 260% artdığı halda, təhsil xərclərində cəmi 30% artım müşahidə olunub. O, kiçik Ermənistanda hazırda mövcud olan 18 nazirlikdən yalnız 8-9-nun saxlanılmasının mümkünlüyü fikrini irəli sürüb.

    "Təəssüf ki, Ermənistan hakimiyyətinin əsas məqsədinin istənilən yolla yenə də rəhbərlikdə qalmaq olduğunu etiraf etmək məcburiyyətindəyəm. Hətta ölkə xaricindəki maliyyə baxımdan uğurlu soydaşlarımız belə kapitalları ilə risk etmək istəmirlər. Çünki onlar burada siyasətdə və məhkəmələrdə qərarların necə qəbul edildiyini görürlər" - B.Asatryan bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi