Yuxarı

​Meksikada avtobus aşıb, 59 nəfər yaralanıb

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil

Bakı. 19 iyul. REPORT.AZ/ Bazar ertəsi Meksikanın cənubunda yerləşən Çyapas ştatının paytaxtı Tustla-Qutyerres şəhərində avtobusun aşması nəticəsində 59 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ştatın Mülkü Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi