Yuxarı
    Bağlamaq

    Mehmet Şimşek: "Rusiyanın "Su-24" təyyarəsini vuran pilotların dövlət çevrilişi cəhdində əli var"

    Türkiyə baş nazirinin müavini: Təyyarəni vurmaq siyasi qərar olmayıb

    Bakı. 23 iyul. REPORT.AZ/ "Türkiyə-Suriya sərhədində Rusiyanın "Su-24" qırıcı təyyarəsini vuran pilotların dövlət çevrilişi cəhdində əli var".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşek G-20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Çində keçirilən görüşündə bildirib.

    "Mən Rusiya ictimaiyyətinin təyyarəni vuran pilotların sonradan hərbi çevrilişə cəhdə görə məsuliyyətə cəlb olunduqlarını bilməsini istəyirəm. Bu göstərdi ki, əslində biz gizli planla qarşılaşmışıq", - M.Şimşek deyib. 

    O əlavə edib ki, Rusiya təyyarəsini vurmaq siyasi qərar olmayıb.

    Rusiya ilə münasibətlərə toxunan M.Şimşek bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətlərin yaxşılaşmasına ümid edir: "Biz Rusiya və Türkiyə arasında dost münasibətlərin bərpa olunmasına görə şadıq. Rusiya bizim ən iri ticarət tərəfdaşımız, qonşumuzdur. Ona görə də Rusiya-Türkiyə münasibətlərinə böyük əhəmiyyət veririk". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi