Yuxarı

Mehmet Şimşek: "Dövlət çevrilişi baş tutsaydı, Türkiyəni xaos gözləyərdi"

Türkiyədə fövqəladə vəziyyət sıravi vətəndaşlara təsir etməyəcək

Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyədə fövqəladə vəziyyət sıravi vətəndaşlara təsir etməyəcək".

"Report" xəbər verir ki, bunu Türkiyənin NTV telekanalına açıqlamasında ölkə baş nazirinin müavini Mehmet Şimşek deyib.

Onun sözlərinə görə, Türkiyədə üç ay müddətində fövqəladə vəziyyətin tətbiq edilməsi cəmiyyəti çevriliş etməyə çalışan xainlər şəbəkəsindən təmizləməyə yönəlib.

Baş nazirin müavini vətəndaşların əvvəlki kimi öz fəaliyyətlərini davam etdirə biləcəyini açıqlayıb.

M.Şimşek qeyd edib ki, xalqın, hökumətin, KİV-in iradəsi sayəsində dövlət çevrilişi baş tutmayıb. "Allah qorusun, birdən dövlət çevrilişi baş tutsaydı, onda Türkiyəni xaos gözləyərdi", - deyə baş nazirin müavini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi