Mehmet Şimşek: "Dövlət çevrilişi baş tutsaydı, Türkiyəni xaos gözləyərdi"

Mehmet Şimşek: "Dövlət çevrilişi baş tutsaydı, Türkiyəni xaos gözləyərdi" "Türkiyədə fövqəladə vəziyyət sıravi vətəndaşlara təsir etməyəcək"
Region
21 İyul , 2016 11:09
Mehmet Şimşek: Dövlət çevrilişi baş tutsaydı, Türkiyəni xaos gözləyərdi

Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyədə fövqəladə vəziyyət sıravi vətəndaşlara təsir etməyəcək".

"Report" xəbər verir ki, bunu Türkiyənin NTV telekanalına açıqlamasında ölkə baş nazirinin müavini Mehmet Şimşek deyib.

Onun sözlərinə görə, Türkiyədə üç ay müddətində fövqəladə vəziyyətin tətbiq edilməsi cəmiyyəti çevriliş etməyə çalışan xainlər şəbəkəsindən təmizləməyə yönəlib.

Baş nazirin müavini vətəndaşların əvvəlki kimi öz fəaliyyətlərini davam etdirə biləcəyini açıqlayıb.

M.Şimşek qeyd edib ki, xalqın, hökumətin, KİV-in iradəsi sayəsində dövlət çevrilişi baş tutmayıb. "Allah qorusun, birdən dövlət çevrilişi baş tutsaydı, onda Türkiyəni xaos gözləyərdi", - deyə baş nazirin müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi