Mehmet Qasım Gülpınar: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın gələcəyinin qarantıdır"

Mehmet Qasım Gülpınar: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın gələcəyinin qarantıdır" Azərbaycan Avropanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi üçün böyük işlər görüb
Region
5 Dekabr , 2017 22:11
Mehmet Qasım Gülpınar: Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın gələcəyinin qarantıdır
"Report"

Tbilisi. 5 dekabr. REPORT.AZ/ "Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdikləri iri enerji, nəqliyyat layihələri Avropanın özü üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının əsasında iqtisadi amillər durur. Azərbaycan da bu qurumun, eləcə də bütövlükdə Avropanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi üçün çox böyük işlər görüb".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin Avropa İttifaqının Tbilisidə keçirilən konfransında iştirak edən nümayəndəsi Mehmet Qasım Gülpınar jurnalistlərə müsahibəsində deyib.

O, bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü konfransdakı çıxışı zamanı Azərbaycanın həyata keçirdiyi layihələrin - Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin, eləcə də TANAP və TAP layihələrinin Avropa üçün böyük fayda gətirəcəyini söyləməsi bir həqiqətdir: "Lakin bəzi qüvvələr, bəzi siyasətçilər əsassız olaraq bu layihələrə kölgə salmağa çalışırlar. Bu, yolverilməzdir".

M.Q.Gülpınar deyib: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, infrastruktur və nəqliyyat layihələri təkcə bizim deyil, Avropanın özünün gələcəyinin qarantıdır. Hər bir inkişafın əsasında iqtisadiyyat dayanır. Avropa Birliyi də iqtisadiyyata bağlıdır. Ona gorə də düşünurəm ki, bu gün Tbilisidə keçirilən konfransda Azərbaycan numayəndə heyətinin qeyd etdiyi məsələlər çox vacibdir. Avropa bu layihələrə layiqli qiymət verməlidir".

Xatırladaq ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov Aİ-nın konfransındakı çıxışında Azərbaycanın həyata keçirdiyi layihələrin Avropa üçün böyük uğur gətirdiyini bildirib. O, həmçinin, Azərbaycanın öz gücünı həm regionda, həm də Avropada layihələr həyata keçirdiyini, maliyyələşdirdiyini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi