Məhkəmə Telman İsmayılovun iflas qərarını ləğv edib

Məhkəmə Telman İsmayılovun iflas qərarını ləğv edib Məhkəmə 2015-ci ilin dekabr ayında İsmayılovu müflis elan etmişdi
Region
17 Mart , 2016 17:32
Məhkəmə Telman İsmayılovun iflas qərarını ləğv edib

Bakı. 17 mart. REPORT.AZ/ Onuncu Arbitraj Apellyasiya Məhkəməsi "Moskva Bank"ın şikayəti əsasında apardığı işin yekunu olaraq biznesmen Telman İsmayılovun iflas olunması qərarını ləğv edib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, məhkəmə T.İsmayılovu 2015-ci ilin dekabr ayında vətəndaş Boris Zubkovun geri qaytarılmayan 15 milyon rubl vəsaiti ilə bağlı məhkəməyə şikayət ərizəsiylə müraciətindən sonra müflis elan etmişdi.

Bundan sonra məhkəmənin qərarından "Moskva Bank" apellyasiya vermişdi. Belə ki, bank İsmayılova məxsus "KBF AST"dən 213 milyon dollar dəyərindəki borcunu geri tələb edir. O da vurğulanmalıdır ki, ötən ilin payızında İsmayılovun özü məhkəməyə müraciət edərək iflas olunmasının təsdiqlənməsini istəmişdi. Bu ərizə üzrə işə martın 21-də baxılacaq.

Son xəbərlər

Orphus sistemi