Yuxarı

Krım Tatar Məclisi "ekstremist" təşkilat elan edilib

Məclis Krım tatarlarının səlahiyyətli təşkilatıdır

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın ilhaq etdiyi Krım yarımadasındakı məhkəmə Krım-Tatar Məclisini "ekstremist" təşkilat elan edərək, onun Rusiya ərazisində fəaliyyətinin qadağan olunması haqda qərar çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiyanın Ədliyyə Nazirliyi də Krım-Tatar Məclisini fəaliyyəti federasiya ərazisində qadağan olunan "ekstremist" təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, bu ilin fevralında ilhaq edilən Krımın prokuroru Natalya Polonskaya təşkilatın "anti-Rusiya" istiqmətində fəaliyyət göstərdiyi haqda iddia qaldımışdı. O, Məclisin rəhbərləri Mustafa Cəmilev və Refat Çubarovun da anti-Rusiya fəaliyyətindən narahatlığını bildirmişdi.

Məclis Krım tatarlarının səlahiyyətli təşkilatıdır. Təşkilatın liderləri Mistafa Cemilev və Refat Çubarov yarımadanın Rusiya tərəfindən ilhaqına qarşı çıxış edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi