​Məhkəmə Borçalıdakı qızıl mədəni ilə bağlı qərar çıxarıb

​Məhkəmə Borçalıdakı qızıl mədəni ilə bağlı qərar çıxarıb Sahəsi 9 hektar olan bu ərazi Dmanisi rayonundan bir neçə kilometr aralıda yerləşir
Region
19 May , 2015 20:55
​Məhkəmə Borçalıdakı qızıl mədəni ilə bağlı qərar çıxarıb

Bakı. 19 may. REPORT.AZ/ Tbilisi şəhər məhkəməsi "JSC RMG Gold" şirkətinin Şərqi Gürcüstanın Kvemo-Kartli, Borçalı bölgəsində Sakdrisi-Kaçaqiani qızıl mədənində fəaliyyətini davam etdirməsi haqda qərar qəbul edib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, həmin mədənlə bağlı qalmaqal bir neçə il idi davam edirdi. Məsələ ötən ilin sonunda ölkə parlamentində belə müzakirə olundu. "Azad Demokratlar"ın təşəbbüsü ilə parlamentin gündəliyinə daxil edilsə də, uyğun səs toplanmadığından problem öz həllini tapa bilmədi.

Həmin ərazidəki arxeoloji-tarixi abidələrin bizim eradan əvvəl III-IV minilliyə aid olduğu bildirilir

Yerli sakinlər 9 gün Sakdrisi-Kaçaqiani də etiraz aksiyası keçirmişdi. Onlar həmin bölgənin tarixi-mədəni yer olduğunu bildirərək orada qazıntı işlərinin aparılmasına qarşı çıxmışdı.

Sahəsi 9 hektar olan Sakdrisi-Kaçaqiani Borçalı mahalının, Kvemo-Kartlinin azərbaycanlılar yaşayan Dmanisi rayonundan bir neçə kilometr aralıda yerləşir. 

Son xəbərlər

Orphus sistemi